Seul Rusiya ilə KXDR arasında hərbi pakt bağlanmasını tənqid edib

Seul Rusiya ilə KXDR arasında hərbi pakt bağlanmasını tənqid edib

Koreya Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lim Su Sok bildirib ki, Cənubi Koreya hökuməti Rusiya Federasiyası və KXDR-in Pxenyan sammiti zamanı hərbi-texniki əməkdaşlığın mümkünlüyünü qeyd etməsindən təəssüflənir.

XİN sözçüsünün sözlərini “Yonhap” agentliyi sitat gətirib.

Lim Su Sok qeyd edib ki, Xarici İşlər Nazirliyi Rusiya və Şimali Koreyanın beynəlxalq ictimaiyyətin və birbaşa Cənubi Koreyanın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, hərbi-texniki əməkdaşlığı açıq şəkildə qeyd edərək, hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamaqla BMT Təhlükəsizlik Şurasının qətnamələrini birbaşa pozur.

Diplomat vurğulayıb ki, Cənubi Koreya hökuməti hazırda sənədin məzmununu təhlil edir, bundan sonra Seulun rəsmi mövqeyi açıqlanacaq. O, Cənubi Koreyanın beynəlxalq ictimaiyyətlə birlikdə öz təhlükəsizliyinə hər hansı təhdidlərə “güclü və qətiyyətli cavab” verəcəyini bildirib.

Eyni zamanda Lim Su Sok aydınlaşdırıb ki, Seul və Moskva Koreya yarımadasının problemləri ilə bağlı lazımi kommunikasiyanı davam etdirirlər, lakin hələlik yüksək rütbəli məmurlar səviyyəsində mübadilə planları yoxdur.

Mənbə: musavat.com