Şolts gələn il də kansler olmaq istəyir

Şolts gələn il də kansler olmaq istəyir

Almaniya Kansleri Olaf Şolts yenidən bu vəzifə üçün namizədliyini irəli sürəcəyini açıqlayıb.

66 yaşlı Şolts bu barədə Berlində mətbuat konfransında danışıb.

Qeyd edək ki, Almaniyada seçkilər 2025-ci ildə keçiriləcək. Sosial-Demokrat Partiyasını təmsil edən O.Şolts 2021-ci ilin dekabrında bu postda Angela Merkeli əvəzləyərək kansler seçilib. Bundan əvvəl isə 3 il ərzində kanslerin müavini və Almaniyanın maliyyə naziri olub.

Mənbə: qafqazinfo.az