İranın məşhur din xadimindən Pezeşkiana irad: "Məcburi hicab düzgün deyil"

İranın məşhur din xadimindən Pezeşkiana irad:

İranın məşhur din xadimi Ayətullah Məkarim Şirazi İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

"Azad İran"a istinadla xəbər verilir ki, Şirazi ölkədə məcburi hicab məsələsinə toxunub:

"Hicabın məcburi şəkildə tətbiqi nə praktikdir, nə də düzgün! Hicab problemi ədalətli şəkildə həllini tapmalıdır!" - deyə din xadimi bildirib.

Mənbə: oxu.az