Avropa ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrindən narahat olmamalı, daha çox öz müdafiə imkanlarına diqqət etməlidir.
Axar.az xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk X hesabında yazıb.
"Harris, yoxsa Tramp? Bəziləri iddia edir ki, Avropanın gələcəyi Amerika seçkilərindən asılıdır, halbuki bu, ilk növbədə bizdən asılıdır. Bir şərtlə ki, Avropa nəhayət yetkinləşsin və öz gücünə inansın", - Tusk qeyd edib.
Mənbə: axar.az