Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək

Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək

Bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək.

APA xəbər verir ki, seçkilərin ikinci turu hazırkı prezident Maya Sandu və Moldovanın keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo arasında keçiriləcək.

Xatırladaq ki, oktyabrın 20-də keçirilən seçkilərin birinci turunda 11 namizəd iştirak edib.

Sandu 42,49%, Stoyanoqlo isə 25,95% səs toplamışdı.

Mənbə: apa.az