İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Yoav Qalantın müdafiə naziri vəzifəsindən azad edilməsindən sonra Netanyahunun İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Barı da istefaya göndərmək niyyətində olduğuna dair xəbərləri təkzib edib.
Bu haqda məlumat Baş nazirin ofisinin yaydığı bəyanatda öz əksini tapıb.
“Baş nazirin təhlükəsizlik qüvvələrində yüksək rütbəli məmurları işdən çıxarmaq niyyətində olduğu barədə xəbərlər həqiqətə uyğun deyil və nifaq və təfriqə salmaq məqsədi daşıyır”, - bəyanatda deyilir.
Qeyd edək ki, Netanyahunun Halevi və Barı vəzifədən azad etmək niyyətində olduğu haqda məlumatı “Walla” portalı baş nazirə yaxın mənbələrə istinadən yaymışdı.
Mənbə: apa.az