Azərbaycanın Fransadakı səfirliyinin konsulluq bölməsi səyyar xidmət göstərəcək

Azərbaycanın Fransadakı səfirliyinin konsulluq bölməsi səyyar xidmət göstərəcək

Azərbaycanın Fransadakı səfirliyinin konsulluq bölməsi Fransanın şəhərlərində səyyar konsulluq xidmətləri göstərəcək.

"Report"a istinadən xəbər verilir ki, dekabrın 14-də Fransanın Nant şəhərində, fevralın 8-də Strasburq şəhərində konsulluq xidmətləri təqdim olunacaq.

Bu şəhərlərdə yaşayan azərbaycanlılar səyyar konsulluq xidmətləri zamanı ümumvətəndaş pasportlarının yenilənməsi, konsulluq-hüquq sahəsində məsləhətlər üçün müraciət edə biləcəklər.

Mənbə: oxu.az