Zaxarova Ermənistan haqqında: "Guya onlar artıq özlərini hansısa çərçivədən kənarda görürlər"

Zaxarova Ermənistan haqqında:

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bu strukturdan çıxmaq xahişi ilə rəsmi müraciət edib-etməməsi barədə Rusiya tərəfində etibarlı məlumat yoxdur".

TASS-a istinadən xəbər verilir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Eyni zamanda, XİN-in rəsmi nümayəndəsi diqqəti İrəvandan müəyyən bəyanatların eşidilməsinə yönəldib:

"Guya onlar artıq özlərini hansısa çərçivədən kənarda görürlər, harasa gedirlər və s. Bununla bağlı Ermənistan nümayəndələrindən soruşmaq lazımdır", - deyə o məsləhət görüb.

Zaxarovanın sözlərinə görə, eyni yanaşma İrəvanın KTMT büdcəsinə üzvlük haqlarının ödənilməməsi məsələsinə də aiddir.

"Bir vaxtlar Ermənistan bununla razılaşıb və mən onların buna qarşı olduqlarını eşitməmişəm", - Zaxarova vurğulayıb.

Mənbə: oxu.az