Rusiya yaxın günlərdə "Oreşnik"i işə sala bilər - ABŞ

Rusiya yaxın günlərdə "Oreşnik"i işə sala bilər -

Yaxın günlərdə Rusiya “Oreşnik” raketi ilə yenidən Ukraynaya hücum edə bilər.

Bu açıqlama ilə Pentaqon rəsmisi Sabrina Sinqh çıxış edib.

"Putin açıq şəkildə bildirib ki, Rusiya daha bir eksperimental "Oreşnik" raketini buraxmaq niyyətindədir. Rusiyanın bunu yaxın günlərdə edəcəyi ehtimalı var. Konkret tarixim yoxdur", - Sinqh brifinq zamanı deyib.

Sinq vurğulayıb ki, əgər Rusiya bu raketi buraxsa, bu, döyüş meydanındakı vəziyyətə təsir etməyəcək.

Mənbə: axar.az