İsrailin atəşkəs razılaşmasının şərtlərinə əməl etməməsinin yaratdığı maneələr vasitəçilərin səyləri ilə aradan qaldırılıb.
Bu barədə HƏMAS-dan açıqlama verilib. Məlumata görə, İsrailin atəşkəs razılaşmasının şərtlərinə əməl etməməsi səbəbilə maneələr yaranıb. Açıqlamada deyilir ki, maneələr vasitəçilərin dəyərli səyləri sayəsində həll edilib. Məlumatda maneələrin detalları barədə açıqlama verilməyib. Bəyanatda, Fələstinli qrupların və əhalinin bütün təbəqələrinin iştirakı ilə məhbus mübadiləsinin həyata keçirilməsinin hədəfləndiyi vurğulanıb.
Qeyd edək ki, İsrail və HƏMAS Qəzzada atəşkəs və əsir mübadiləsi haqqında razılığa gəliblər. Bu barədə Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani açıqlama vermişdi. Bundan sonra Təl-Əviv HƏMAS şərtlərə əməl etməyənə qədər sənədin təsdiq edilməyəcəyini açıqlamışdı. Lakin ardınca İsrailin təhlükəsizlik kabineti Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasını təsdiqləyib. Sənəd təsdiq üçün hökumətə təqdim edilib.
Mənbə: metbuat.az