“İndi Amerikanın qızıl dövrü başlayır...” - Tramp

“İndi Amerikanın qızıl dövrü başlayır...” -

“İndi Amerikanın qızıl dövrü başlayır. Ölkə çiçəklənəcək və bütün dünyada hörmət qazanacaq”.

CNN-ə istinadən xəbər verilir ki, bu sözləri ABŞ-nin 47-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayan Donald Tramp dövlət başçısı kimi ilk çıxışında deyib.

O, ölkənin təhlükəsizliyini gücləndirəcəyini bildirib.

“Bundan sonra özümüzdən istifadə olunmasına imkan verməyəcəyik”, - ABŞ lideri qeyd edib.

Tramp bildirib ki, o, 47-ci prezident kimi milli uğurun həyəcanverici yeni dövrünün başlanğıcında olduqlarına inanaraq nikbinliklə qayıdır:

“Bizim suverenliyimiz bərpa olunacaq. Prioritet azad, firavan xalq yaratmaq olacaq. Amerika tezliklə daha böyük, daha güclü olacaq”.

Mənbə: qafqazinfo.az