Rusiya nümayəndə heyəti Ər Riyaddadır - Görüşün vaxtı DƏQİQLƏŞDİ

Rusiya nümayəndə heyəti Ər Riyaddadır -

Rusiya nümayəndə heyəti ABŞ-la danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gəlib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təxminən bir saat əvvəl Ər-Riyad hava limanına eniblər.

Ukrayna münaqişəsinin həlli istiqamətində danışıqlar sabah Bakı vaxtilə saat 13:00-da başlayacaq.

Görüşün məqsədi Ukrayna münaqişəsinin həlli üçün danışıqlara necə başlanacağını müəyyən etmək, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın görüşünün mümkünlüyünü nəzərdən keçirməkdir.

Mənbə: bizim.media