"Ermənistan 2027-ci ildə yeni konstitusiyanın qəbul edilməsi üçün səsvermə təşəbbüsü göstərmək niyyətindədir".
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
“Bizim gündəliyimizdə konstitusiya dəyişiklikləri məsələsi var. Bu, 2027-ci ilə planlaşdırılıb. Hakim qüvvəmizdə siyasi gündəliyimizi daha konkret etmək üçün konstitusiya proseslərini 2026-cı il parlament seçkiləri ilə paralel aparmaq zərurəti barədə fikirlər var. Lakin bu, sırf daxili siyasi prosesdir. Amma etiraf etməliyəm ki, bunun regional, qlobal təsiri olmaya bilməz”, – deyə Paşinyan bildirib.
Mənbə: unikal.az