ABŞ təcili olaraq yeni “Qızıl Qübbə” raketdən müdafiə sistemini inkişaf etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanal xəbər verir ki, layihə uzaqmənzilli raketlərdən qorunmağa yönəlib və Tramp administrasiyasının əsas müdafiə prioritetlərindən biridir.
Qeyd olunur ki, Vaşinqton layihənin həyata keçirilməsinə qənaət etməmək barədə göstəriş verib.
Tramp yanvarın sonunda ABŞ-ı ballistik raketlərdən qorumaq üçün “növbəti nəsil” müdafiə qalxanının yaradılmasını elan edib.
Mənbə: bizim.media