CHP-nin prezidentliyə partiyasının namizədini müəyyənləşdirmək üçün bu gün keçirdiyi ilkin seçkilərində maraqlı anlar yaşanıb.
Səsvermə zamanı CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlunu görən bir vətəndaş ona sərt etirazını bildirib.
"Ölkəni bu vəziyyətə sən gətirdin", - deyə o, CHP-nin sabiq liderinə deyib.
Hadisə sosial şəbəkələrdə və media platformalarında geniş müzakirə olunub. Kılıçdaroğlu isə vətəndaşın sözlərinə hər hansı cavab verməyib və avtomobilinə əyləşərək oradan uzaqlaşıb.
Mənbə: axar.az