Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü davam edir.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.
Onun sözlərinə görə, bu dəfəki danışıqlar daha çox texniki xarakter daşıyır: "Bu gün Səudiyyə Ərəbistanında Ukrayna və Amerika komandalarının ikinci görüşüdür. Bu dəfə daha texniki səviyyədə - hərbçilərimiz, diplomatlarımız, Energetika Nazirliyinin nümayəndələri".
Prezident bildirib ki, o, artıq Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerovla görüşü müzakirə etməyə nail olub: "O, mənə görüş haqqında, danışıqların gedişi barədə məlumat verdi. Komandamız tam konstruktiv işləyir, söhbət kifayət qədər faydalıdır. Nümayəndə heyətlərinin işi davam edir".
Ağarza Elçinoğlu
Mənbə: unikal.az