Qətər İsrail və Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs razılaşmasına qayıtması istiqamətində irəliləyiş görür.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.
"Biz aprelin 24-də tərəflərin atəşkəs danışıqları ilə bağlı mövqelərinin yaxınlaşdırılmasında müəyyən irəliləyiş olduğunu qeyd etdik”, - o deyib.
XİN rəhbəri tərəflərin mövqelərini şərh edərək, HƏMAS-ın İsrailin rədd edə biləcəyi şərtlərlə məhbusların əvəzində bütün girovları azad etməyə hazır olduğunu açıqlayıb.
Nazirin sözlərinə görə, İsrail Qəzzada müharibəni dayandırmaq perspektivi olmadan bütün girovları azad etmək istəyir.
Mənbə: report.az