Bu gün Papanın dəfn mərasimində insident yaşanıb.
Teleqraf-a istinadən xəbər verilir ki, ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makrona yerini göstərib.
Dodaqların tərpənişini oxumaq üzrə mütəxəssislər bildiriblər ki, kadrlardan Tramp Fransa Prezidenti Makronu Ukrayna rəhbəri Zelenski ilə görüşdən uzaqlaşdırıb.
Videokadrlardan da məlum olduğu kimi, Makron görüşərkən Trampa əl uzatmayıb. Əvəzində Ağ Ev rəhbəri Fransa Prezidentini kənara çəkərək, ona xəbərdarlıq edib.
Fransa müxalifətinin lideri Florian Filippo bu məqamı belə şərh edib:
“Vatikanda fantastik səhnə yaşandı, Tramp az qala Makronu qovdu. Bu, açıq-aydın çağırış idi: dünyanı xilas edin və Ukraynadakı münaqişəni aılovlandıran yarasaları qovun”.
Mənbə: axar.az