Zelenskidən Putinin Qələbənin 80-ci ildönümündə elan etdiyi atəşkəsə REAKSİYA - VİDEO

Zelenskidən Putinin Qələbənin 80-ci ildönümündə elan etdiyi atəşkəsə REAKSİYA -

"Daha bir manipulyasiya cəhdi: nədənsə hamı mayın 8-nə qədər gözləməli və yalnız bundan sonra parad zamanı Putinin sükutunu təmin etmək üçün atəşi dayandırmalıdır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik video müraciətində rusiyalı həmkarı Vladimir Putinin Qələbənin 80-ci ildönümündə elan etdiyi atəşkəs təklifini şərh edərkən bildirib.

Biz paradları yox, insanların həyatını qiymətləndiririk. Buna görə də inanırıq və dünya da inanır ki, 8 may tarixini gözləmək üçün heç bir əsas yoxdur. Hücumlar bir neçə günlük deyil, dərhal, tamamilə və qeyd-şərtsiz ən azı 30 gün ərzində dayandırılmalıdır ki, zəmanətli və etibarlı olsun. Bu, əsl diplomatiya üçün əsas ola bilər”,– deyə Ukrayna Prezidenti deyib.

Mənbə: bizim.media