Kremlin sözçüsü Dmitri Peskov Pakistan və Hindistan arasındakı gərginlikdən narahat olduqlarını bildirib.
Peskov hər iki ölkə ilə əlaqələrə dəyər verdiklərini qeyd edib: "İki ölkənin sərhədində artan gərginlikdən qəti şəkildə narahatıq və hadisələri yaxından izləyirik".
O, Hindistanın Rusiya üçün strateji, Pakistanın isə bir çox sahədə tərəfdaş olduğunu vurğulayıb və iki ölkənin gərginliyi azaltmaq üçün həll yolu tapacağına ümid etdiyini bildirib.
Roza
Mənbə: publika.az