Netanyahunun həyat yoldaşı ilə bağlı şok ittihamlar: İşçisi görün nələr danışdı

Netanyahunun həyat yoldaşı ilə bağlı şok ittihamlar: İşçisi görün nələr danışdı

İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu hakim qarşısına çıxıb.

Bu barədə “The Times of Israel” qəzeti yazıb.

Məlumata görə, Sara Netanyahu keçmiş işçisinin ona qarşı qaldırdığı işdə Qüds Regional Əmək Məhkəməsində özünü müdafiə edib.

Baş nazirin iqamətgahında təmizlikçi işləyən Silvi Genesia Sara Netanyahunun ona qarşı pis rəftarına görə 179 min 400 dollar təzminat tələb edərək baş nazirin həyat yoldaşı və işlədiyi şirkətə qarşı məhkəmə iddiası qaldırıb.

Genesia Sara Netanyahunu ona bullinq etməkdə, alçaltmaqda, ad qoşmaqda və üzərinə ütü atmaqda ittiham edib. Sara Netanyahu isə ona qarşı irəli sürülən ittihamları təkzib edib.

Qeyd olunur ki, İsrail baş nazirinin həyat yoldaşının işçiləri ilə pis rəftarda ittiham olunması ilk deyil. Sara Netanyahu 2017-ci ildə keçmiş işçisinin qaldırdığı oxşar iddiada 44 min dollar təzminat ödəməyə məcbur edilib. İş üzrə hakim S.Netanyahunu “əsassız tələblər, təhqirlər, alçaldılmalar və qəzəblənmək”də təqsirli bilib.

Baş nazirin iqamətgahında işləyən Fransa əsilli qadın da 2020-ci ildə Sara Netanyahuya qarşı məhkəmə iddiası qaldıraraq oxşar iddialara görə 189 min dollar təzminat tələb edib.

Həmçinin daha əvvəl Sara Netanyahuya qarşı Benyamin Netanyahunun davam edən korrupsiya məhkəməsində şahidi qorxutmaq və məhkəməyə müdaxilə etməyə cəhd ittihamları ilə bağlı da istintaq başladılıb.

Roza

Mənbə: publika.az