Serbiya prezidenti Aleksandar Vuçiç xəstəxanaya yerləşdirilib.
Bu barədə Serbiyanın keçmiş baş naziri, hakim Serb Tərəqqi Partiyasının (SPP) lideri Miloş Vuçeviç bildirib. Vuçiçin səhhətində problem yaransa da, hazırda o özün yaxşı hiss edir.
"Prezident özünü yaxşı hiss edir, ölkəsindədirı. Hərbi Tibb Akademiyasından olan həkimlərimiz onun vəziyyətini izləyir və o, bir neçə gün müalicə alacaq və sağalacaq", - deyə Vuçeviç bildirib.
Qələbə günü üçün Moskvada gözlənilən Vuçiç və Slovakiyanın baş naziri Robert Fitsonun səhhətlərində problemlər yaranıb və son günlər planlaşdırılan görüşləri ləğv ediblər.
Mənbə: unikal.az