Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Varşavada keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.
“TRT Haber”ə istinadən xəbər verilir ki, toplantıda Türkiyənin Aİ-yə üzvlük prosesi və qitə təhlükəsizliyi məsələləri gündəmdə olacaq.
Bildirilir ki, Varşavada keçiriləcək görüş Türkiyə ilə Avropa İttifaqı arasında dialoq kanallarının gücləndirilməsi və Türkiyənin Aİ-yə üzvlük prosesi daxil olmaqla ikitərəfli əlaqələrdə konkret addımların atılması baxımından əhəmiyyətlidir.
İclasda Avropanın xarici və təhlükəsizlik siyasətində mövcud problemlərin, xüsusilə də hibrid təhdidlərə qarşı dayanıqlığın artırılmasının müzakirə ediləcəyi gözlənilir.
Mənbə: qafqazinfo.az