Türkiyə Suriyaya qaz nəql edəcək

Türkiyə Suriyaya qaz nəql edəcək

Türkiyə 3 ay ərzində Suriyaya təbii qaz nəqlinə başlayacaq.

Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar deyib.

O, Suriya tərəfində boru xəttinin tikintisi ilə bağlı işlərin başladığını bildirib:

“Kilisdə təbii qaz veriləcək. 6 milyon kubmetr qaz nəql ediləcək”.

Mənbə: axar.az