Paşinyan paradda münasibəti soyuq olan liderlə yanaşı oturduldu – FOTO

Paşinyan paradda münasibəti soyuq olan liderlə yanaşı oturduldu –

Ermənistan Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar keçirilən paradda iştirak edib.

Teleqraf-a istinadən xəbər verilir ki, o, tribunada münasibətinin soyuq olduğu Belarus Prezidenti Aleksandr Lukaşenkonun yanında əyləşib.

İki ölkənin liderlərinin yanaşı çəkilmiş fotoları Ermənistanda müzakirələrə səbəb olub. Erməni mətbuatının iddiasına görə, tədbirin təşkilatçıları bunu qəsdən ediblər.

bdd86480 0f36 4753 bdf6 1b52f576d5de

Xatırladaq ki, Belarus-Ermənistan münasibətləri ötən ildən gərgindir.

Nikol Paşinyan Aleksandr Lukaşenkonun İkinci Qarabağ müharibəsində Azərbaycanı dəstəklədiyini iddia edərək, bu ölkə ilə diplomatik əlaqələri dayandırıb. Ötən il hər iki ölkə səfirlərini qarşılıqlı olaraq qeyri-müəyyən müddətə geri çağırıb.

Həmçinin Ermənistan baş naziri Lukaşenko Belarus prezidenti olduğu müddətdə bu ölkəyə rəsmi səfərləri qadağan edib.

Mənbə: globalinfo.az