“Bütün bu əzablı illər arxada qaldı. Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır”.
Bu barədə Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşündə bildirib.
“Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır, sizin ixtiyarınıza verilir. İkinci mərhələdə daha çox evlər tikiləcək”, - dövlət başçısı qeyd edib.
Mənbə: qafqazinfo.az