İran Fələstinin Qəzza zolağının bərpası üçün ərəb ölkələrinə birgə platforma yaratmağı təklif edib.
Belə bir təşəbbüslə İranın Ali Rəhbərinin müşaviri, Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi Ərəb-İran dialoqunun 4-cü konfransının açılışında çıxış edib.
"Biz məcburi köçkünlərə və Qəzza zolağının yenidən qurulmasına dəstək olmaq üçün ümumi platforma yaratmalıyıq", - o deyib.
Xərrazinin sözlərinə görə, İran anlaşılmazlıqları azaltmaq üçün region ölkələri ilə dialoqa hazırdır. Bu məqsədlə Tehran digər məsələlərlə yanaşı, tədqiqat mərkəzinin yaradılmasını da təklif edir.
Mənbə: unikal.az