Putinin təklifi yarımçıqdır – Makrondan reaksiya

Putinin təklifi yarımçıqdır –

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlara dair təklifi yarımçıqdır.

Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Qeyd-şərtsiz atəşkəsdən əvvəl danışıqlar aparılmır”, - Makron bildirib.

Qeyd edək ki, bu gün gecə saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynaya mayın 15-də ilkin şərt olmadan birbaşa danışıqları İstanbulda bərpa etməyi təklif edib. Putin bununla bağlı hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışacağını bildirib.

Mənbə: axar.az