Fidan ABŞ dövlət katibi ilə bu məsələləri müzakirə etdi

Fidan ABŞ dövlət katibi ilə bu məsələləri müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat yayıb.

“İstanbulda Rusiya və Ukrayna arasında potensial danışıqlara dair fikir mübadiləsi aparılıb. Həmçinin ikitərəfli məsələlər, Suriya və Qəzza da daxil olmaqla regional problemlər müzakirə edilib. Nazir Suriyanın sabitliyi və rifahı üçün ona qarşı sanksiyaların ləğvinin vacibliyini vurğulayıb”, - qeyd olunub.

Tərəflər həmçinin Rubionun NATO xarici işlər nazirlərinin mayın 14-15-də Antalyada keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etmək üçün Türkiyəyə səfərinin detallarını müzakirə ediblər.

Mənbə: qafqazinfo.az