ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı qərar verib.
Tramp Suriyaya “ona şans vermək” lazım olduğunu deyib.
Səudiyyə Ərəbistanında keçirilən forumda çıxış edən prezident qeyd edib ki, əvvəlki sanksiyalar “sərt və iflicedici” olsa da, öz mühüm rolunu yerinə yetirib.
"Mən Suriyaya böyük nailiyyət əldə etmək üçün ona qarşı sanksiyaların ləğvini əmr edəcəyəm. Uğurlar, Suriya", - Amerika lideri vurğulayıb.
Mənbə: unikal.az