Rusiya hələ də ABŞ-a nüvə yanacağı tədarük edir və amerikalılar bu məsələdə çox praqmatik davranırlar. Biz də eyni cür hərəkət etməliyik.
Bu barədə Rusiya prezidenti Vladimir Putin “Delovaya Rossiya” Ümumrusiya İctimai Təşkilatının üzvləri ilə görüşündə bildirib.
“ABŞ, nə baş verməsindən asılı olmayaraq, çox praqmatik davranır, öz maraqlarını unutmur. Biz hələ də onlara nüvə yanacağı göndəririk. Və məmnuniyyətlə qəbul edirlər. Niyə? Çünki onlara sərfəlidir. Bu düzgün yanaşmadır və onlar bu məsələdə bacarıqlıdırlar. Onların iqtisadiyyatı da kifayət qədər artır. 4,3 faiz olmasa da, onların üçün yetərincə yaxşı göstəricidir”, — deyə Putin qeyd edib.
O əlavə edib ki, ABŞ-dan fərqli olaraq Avropanın əsas iqtisadiyyatları demək olar ki, tənəzzülə uğrayıb.
Mənbə: bizim.media