ABŞ Prezidenti Donald Tramp bu gün Ər-Riyadda Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə görüşündə onu İsraillə münasibətlərin normallaşdırılmasına çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” hesabında paylaşıb.
Bununla yanaşı, Tramp İŞİD terror qruplaşmasının dirçəlməsinə yol verməməyə dair çağırış edib: “ABŞ lideri prezident əş-Şaraanı Suriya xalqı üçün böyük iş görməyə, eləcə də İsraillə “Avraam müqavilələri”ni imzalamağa və ABŞ-yə İŞİD-in dirçəlməsinə yol verməməyə yardım etməyə çağırıb”.
Mənbə: qafqazinfo.az