Barbarlıq, Avropanın bəlası: Qərbin dərin köklərə əsaslanan Rusiya düşüncələri

Barbarlıq, Avropanın bəlası: Qərbin dərin köklərə əsaslanan Rusiya düşüncələri

Qərb dövlətləri tərəfindən Rusiyanın demonizasiyasının, yəni qorxulu, əcaib və nifrət ediləcək bir hala gətirilməsinin dərin kökləri var və bu gün də davam edir.

Publika.az xəbər verir ki, bu fikri "YouTube"da Britaniya Lordlar Palatasının üzvü Robert Skidelski paylaşıb.

"Russofobiya Rusiyaya qarşı irrasional qorxudur, çünki o, böyük görünür, ahtapot (dəniz canlısı) kimi. Bu, ən sadə izahatdır. Çar Rusiyası, barbarlıq, gənc və azad Avropanın bəlası - 19-cu əsrdə belə deyirdilər. Bu inancları o zaman NATO SSRİ ilə bağlı yayırdı", - ekspert qeyd edib.

Skidelski iddia edir ki, rusofobik tezislər bir neçə əsrdir ki, mövcuddur və dinc münasibətlərin qurulmasına mane olur. Son on ildə Qərb Rusiya ilə danışıqları dəstəkləmir, yeni sanksiyalar tətbiq etməyə və silahlı münaqişəyə hazırlaşmağa üstünlük verir.

Adəm

Mənbə: publika.az