Tramp elçilərini İstanbula göndərir

Tramp elçilərini İstanbula göndərir

ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Vitkoff və ABŞ dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün mayın 16-da İstanbula səfər edəcəklər.

“Reuters” agentliyinə istinadla xəbər verilir ki, bunu Steven Vitkoff Dohada bildirib.

Qeyd edək ki, Rusiya-Ukrayna danışıqlarının mayın 15-də İstanbulda başlaması gözlənilir. Öz növbəsində, Vladimir Zelenski mayın 15-də İstanbula gəlmək niyyətini açıqlayıb.

ELÇİN

Mənbə: reyting.az