Əliyevin 9 May paradına qatılmamasına Zaxarovadan REAKSİYA

Əliyevin 9 May paradına qatılmamasına

“Rusiya Azərbaycanla bağlı məsələləri qarşılıqlı hörmət əsasında həll etməkdə qərarlıdır”.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin 9 May – Faşizm üzərində Qələbə münasibətilə Moskvada keçirilən hərbi parad və tədbirlərə qatılmaması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

XİN rəsmisi iki ölkə arasında müşahidə olunan gərginliyə münasibət bildirib:

“Moskva Bakı ilə münasibətləri 2022-ci ildə imzalanmış “Müttəfiqlərin qarşılıqlı fəaliyyəti haqqında” bəyannamənin əsasında qurur. Rusiya bu sənədin bütün potensialını üzə çıxarmaq və yaranan bütün məsələləri qarşılıqlı fayda və hörmət əsasında həll etmək əzmindədir”.

Mənbə: konkret.az