Zelenski: Türkiyəyə səfərim Putin üçün "çox aydın siqnal"dır

Zelenski: Türkiyəyə səfərim Putin üçün "çox aydın siqnal"dır

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərini Rusiya lideri Vladimir Putin üçün "çox aydın siqnal" adlandırıb.

O, bunu Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlardan əvvəl “Sky News”un müxbirinə bildirib.

"Mən buradayam. Düşünürəm ki, bu, çox aydın siqnaldır", - Zelenski Vladimir Putinə mesajının olub-olmaması barədə jurnalistin sualına cavab verib.

Mənbə: report.az