Ermənistan səfiri Kiriyenko ilə görüş üçün, görün, nələr edir

Ermənistan səfiri Kiriyenko ilə görüş üçün, görün, nələr edir

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini, Rusiyanın Ermənistan üzrə yeni kuratoru kimi təqdim olunan Sergey Kiriyenkoya yanaşmaq üçün dəridən-qabıqdan çıxır. Hətta səfirlik əməkdaşları Kiriyenkonun zövq və seçimləri barədə məlumat toplamaq məqsədilə Abxaziyadakı erməni icması ilə əlaqə qurublar. Onun haqqında ətraflı məlumat topladıqdan sonra planlaşdırılan bir yeşik erməni konyakı hədiyyə etmək ideyasından imtina olunub.

Axar.az xəbər verir ki, məlumatı erməni Teleqram kanalları yazıb.

Qeyd olunub ki, səfir Kiriyenkonu ələ almaq üçün ona nə hədiyyə edəcəyini bilmir:

“Moskvadakı erməni Apostol Kilsəsinin yeparxiyası tərəfindən hazırlanmış qiymətli daşlarla bəzədilmiş qədim dini ikonanı da Arsenyan uyğun hesab etmir. O bu hədiyyəni çox diqqətçəkici hesab edir. Hazırda səfirlik Moskvadakı kolleksiyaçılardan biri ilə rəssam Martiros Saryanın 19 milyon rubl dəyərində olan tablosunun alınması ilə bağlı danışıqlar aparır.

Bütün bu cəhdlərə baxmayaraq, Kiriyenko ilə görüş məsələsi hələ də açıq qalır. Arsenyanın "tilovu atmaq" cəhdlərinin hamısı nəzakətlə XİN-ə göndərilir”.

Mənbə: axar.az