Şaranı Ərdoğanın istəyi ilə Səudiyyəyə gətirdilər - Fidan

Şaranı Ərdoğanın istəyi ilə Səudiyyəyə gətirdilər - Fidan

ABŞ əsgərlərini Suriyaya gətirən şərtlər aradan qaldırılmalıdır.

Bunu NATO xarici işlər nazirlərinin Antalyada başa çatan qeyri-rəsmi sammitindən sonra Türkiyə xarici işlər naziri Hakan Fidan jurnalistlərə deyib.

“Suriya ilə bağlı uzun müddətdir sərgilədiyimiz mövqe bəllidir. Prezidentimizin xüsusilə yüksək səviyyəli görüşlərdə gündəmə gətirdiyi məsələ ABŞ-ın sanksiyaları ləğv etməsi ilə bağlı idi. Prezidentimizin istəklərini nəzərə alaraq Əhməd əş-Şaranı (red- Suriya prezidenti) ora (red-Səudiyyə Ərəbistanına) gətirdilər, prezidentimiz də onlayn rejimdə görüşdə iştirak etdi. Həm qarşılıqlı müzakirələr aparılıb, həm də sanksiyaların ləğvi məsələsi ən yüksək səviyyədə bəyan edilib.

Suriyada həll edilməli olan çoxsaylı məsələlər var. Biz məsələyə belə baxırıq: ABŞ əsgərlərini (Suriyaya) gətirən şərtlərin aradan qaldırılması”, - nazir vurğulayıb.

Xatırladaq ki, dünən Ər-Riyadda Suriya Prezidenti Əhməd Şaraa, ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Baş nazir Məhəmməd bin Salman arasında görüş keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşə onlayn formada qoşulub.

Mənbə: axar.az