“Görüş təklifi Putinin idi, lakin Rusiya bu görüşdə aşağı profilli nümayəndə heyəti ilə iştirak edir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib:
“Rusiya aşağı səviyyədə təmsil olunsa da, prezident Ərdoğana və Trampa hörmət olaraq nümayəndə heyətimizi İstanbula yolladıq. Heyətimiz atəşkəs istiqamətində ilk addımın atılması üçün görüşlərdə iştirak edəcək.
Rusiya müharibəni bitirmək istəmir. Rusiya nümayəndə heyətinin tərkibindəki adlar bunu göstərir. Onlar aşağı profilli nümayəndə heyəti ilə iştirak etdiyinə görə, mənim nümayəndə heyətimin heç bir müqavilə bağlamaq səlahiyyəti olmayacaq. Konstruktiv olacağıq, amma mənim və ya Baş Qərargah rəisimin iclasda olmasına ehtiyac yoxdur. Putin özü gəlmədi.
Düşünürəm ki, bütün tərəflər danışıqlara hazır olduqlarını təsdiq etməlidirlər”.
Mənbə: qafqazinfo.az