Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş barədə sosial şəbəkədə paylaşım edib.
Zelenski bu barədə açıqlamanı “X” platformasında bölüşüb.
O yazıb ki, görüş zamanı əməkdaşlıq, təhlükəsizlik zəmanətləri, atəşkəsə nəzarət, dəniz minalarının təmizlənməsi, Ukraynanın bərpası və iki ölkə arasında tərəfdaşlığın inkişafı kimi məsələlər müzakirə olunub.
Prezident bu mövzuların əksəriyyətində Ərdoğanla ortaq baxışa sahib olduqlarını da vurğulayıb.
Mənbə: musavat.com