Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qlobal çağırışlar fonunda Avropa ölkələrini birliyə və əməkdaşlığa çağırıb.
Bu barədə türkiyəli lider Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammitinin plenar iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dünya birliyində etimad problemi hökm sürür və bunun aradan qaldırılması üçün ilk növbədə yeni və ədalətli sülh nizamı lazımdır.
Mənbə: report.az