Prezidentdən kübar davranış - Video

Prezidentdən kübar davranış - Video

Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla da görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı Azərbaycan Prezidenti kübar davranışı ilə diqqət çəkib.

Belə ki, Prezident İlham Əliyev yağışlı hava şəraitində əlində çətir tutaraq Aİ-nin xanım rəsmisini islanmasının qarşısını alıb.

Həmin anın videosunu təqdim edirik:

Mənbə: qafqazinfo.az