Trampa İstanbul görüşü haqda Tiranadan məlumat verdilər

Trampa İstanbul görüşü haqda Tiranadan məlumat verdilər

Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri İstanbul danışıqları ilə bağlı ABŞ dövlət başçısı Donald Trampa son məlumatları veriblər.

“Qafqazinfo” xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı çərçivəsində Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merz və Polşanın Baş naziri Donald Tusk Trampla ortaq telefon danışığı aparıblar.

Bununla bağlı teleqram hesabında açıqlama verən Zelenski, bildirib ki, Ukrayna real sülh üçün ən sürətli addımları atmağa hazırdır və bu xüsusda dünyanın sərt mövqe sərgiləməsi vacibdir:

“Rusiyaya qarşı təzyiqlər Rusiya müharibəni bitirməyə hazır olana qədər davam etdirilməlidir”.

Mənbə: qafqazinfo.az