Suriyada özbəklər rus postlarına HÜCUM ETDİ – ÖLƏNLƏR VAR - VİDEO

Suriyada özbəklər rus postlarına HÜCUM ETDİ  –

Suriyanın Hmeymim aviabazası yaxınlığında rus hərbi postlarına hücum olub. Hər iki tərəf arasında ölənlər var.

Bu barədə ruslara məxsus Telegram kanalları yazıb.

Mənbə qeyd edir ki, hadisə səhər saatlarında Hmeymim aviabazasının yaxınlığında yerləşən Latakiya şəhərində baş verib.

Hücum edənlər mühafizə postlarını yararaq keçməyə cəhd göstəriblər.

İddiaya görə, atışma nəticəsində hücum edənlərdən üçü öldürülüb, biri isə geri çəkilib. Rusiya hərbçiləri arasında da itkilərin olduğu deyilir.

Hücum edənlərin isə Suriya hökumətini tanımayan özbək mənşəli şəxslərin olduğu bildirilir. (Musavat.com)

Mənbə: bizim.media