İran Britaniyanın casus gəmisini Oman dənizindən GERİ QAYTARDI

İran Britaniyanın casus gəmisini Oman dənizindən

İran Hərbi Dəniz Qüvvələri Britaniyanın casus esminesini (hərbi gəmi) Oman dənizində dayandıraraq, onu kursunu dəyişməyə məcbur edib.

Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, kəşfiyyat gəmisi İsrail raketlərini İran ərazisinə doğru istiqamətləndirirmiş.

Qeyd edilir ki, İran Hərbi Dəniz Qüvvələri casusun Fars körfəzinə səyahətini davam etdirməsinə mane olub.

Mənbə: bizim.media