Hər il hərtərəfli tibbi müayinədən keçirəm.
Bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə mükafatlandırma mərasimindən sonra əmək qəhrəmanları və dövlət mükafatları laureatları ilə söhbətində deyib.
“Mütəmadi olaraq, hər il çekapdan keçirik”, - Putin bildirib.
Rusiyalı oftalmoloq-cərrah Georgi Stolyarenko ilə söhbətində Putin bildirib ki, görmə qabiliyyətinin bir qədər zəifləməsi diaqnozu qoyulanda da eynək taxmaqdan imtina edib:
Eynək taxdım və başım fırlanmağa başladı. Başa düşdüm ki, indi çıxarmasam, ömrümün sonuna qədər taxmalı olacağam. Heç bir problem olmadan sərbəst oxuya bilirəm”.
Mənbə: axar.az