Lukaşenko Trampın xüsusi nümayəndəsi ilə görüşdü - VİDEO

Lukaşenko Trampın xüsusi nümayəndəsi ilə görüşdü -

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşüb.

Bu barədə məlumatı “Pul Pervoqo” teleqram kanalı yayıb.

Məlumata görə, görüş Minskdə Müstəqillik sarayında keçirilib.

“Belta” agentliyi isə gündəlikdə beynəlxalq və regional məsələlərin, eləcə də Belarus-ABŞ münasibətlərinə dair mövzuların olduğunu yazıb.

Mənbə: qafqazinfo.az