Xameneinin yerinə kim keçəcək? – İki ad çəkildi

Xameneinin yerinə kim keçəcək? –

İranın Ali rəhbəri Əli Xameneinin yerinə keçməsi gözlənilən iki real namizəd var: biri öz oğlu Müctəba Xamenei, digər isə sələfi Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeynidir.

Teleqraf-a istinadən xəbər verilir ki, bu barədə “Reuters” agentliyi İrandakı mənbələrə istinadla məlumat yayıb.

İsrailin İrana hücumu başlayandan bəri “axtarış komitəsi” İranın Ali rəhbəri Əli Xemeneinin varisini tapmaq üçün işlərini sürətləndirib. Müxtəlif mənbələr Tehranın Xameneinin öləcəyi təqdirdə onun yerinə dərhal birini təyin etmək istədiyini bildirirlər.

Hazırda 86 yaşlı İran liderinin əsas davamçıları kimi ortaya çıxan iki namizəddən biri öz oğlu 56 yaşlı Müctəba Xamenei, digər isə İslam inqilabının banisi Ruhullah Xomeyninin 53 yaşlı nəvəsi Həsən Xomeynidir. Amma “The New York Times” qəzetinin iyunun 21-də dərc etdiyi materialda Müctəbanın atasının yerini keçəcəyi ehtimalı istisna edilmişdi. ABŞ nəşri Əli Xameneinin adının açıqlanmadığı üç varisinin olduğunu yazmışdı. Müctəba onların arasında yoxdur.

Mənbə: globalinfo.az