Bu ölkələr hava məkanlarını açdılar

Bu ölkələr hava məkanlarını açdılar

Küveyt və Bəhreyn öz hava məkanından uçuşlar üçün istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırdıqlarını elan ediblər.

Onlar bu qadağanı İranın Qətərdəki ABŞ bazasına zərbə endirməsindən sonra qoymuşdular.

"Nəqliyyat və Rabitə Nazirliyinin Mülki Aviasiya Departamenti Bəhreyn Krallığının hava məkanının tam olaraq açıldığını elan edib", - Bəhreyn rəsmisi bildirib.

Oxşar bəyanatı Küveyt də rəsmilərə istinadən yayıb.


Mənbə: unikal.az