Rusiyanın Ukrayna ilə bağlı dəhşətli planı açıqlandı: Dövlət məhv ediləcək, xalq isə...

Rusiyanın Ukrayna ilə bağlı dəhşətli planı açıqlandı: Dövlət məhv ediləcək, xalq isə...

Kreml artıq işğal olunmuş rayonlardan kənara çıxan ərazi iddialarını açıq şəkildə irəli sürməkdə davam edir.

Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) qeyd etdiyi kimi, bu bəyanatlar Moskvanın Ukrayna dövlətini məhv etmək və Ukrayna xalqını özünə tabe etmək kimi məqsədini nümayiş etdirir.

İyunun 30-da Putin işğal olunmuş Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin inkişafı ilə bağlı iclas keçirib və bu görüşdə o, tez-tez Ukraynanın işğal olunmuş ərazisini “Donbass və Novorossiya” adlandırıb.

Eyni zamanda, Kremlin sözçüsü Dmitri Peskov Odessanın meri Gennadi Truxanovun Odessanın öz tarixinin olması və “rus” şəhəri olmaması ilə bağlı sözlərinə cavab verib. Peskov bildirib ki, şəhərin tarixi Rusiya ilə “qırılmaz şəkildə bağlıdır”.

Putinin köməkçisi Vladimir Medinski isə ruslar və ukraynalıların guya “bir xalq” olduğu, “Dnepr, Novorossiya və Krımın hər iki tərəfindəki qədim rus torpaqlarının” Rusiyanın guya “tarixi vətənini” təşkil etdiyi tezisini təkrarlayıb.

Bundan əvvəl, iyunun 20-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Putin açıq şəkildə “Ukrayna Rusiyaya məxsusdur” deyərək, daha çox Ukrayna ərazisini ilhaq etmək niyyətinin siqnalını gücləndirdi. Bu mesajlar Kreml rəsmiləri tərəfindən, o cümlədən “Rusiya şəhəri” adlandırmaqda davam edən Odessa ilə bağlı mütəmadi olaraq təkrarlanır.

Tural

Mənbə: publika.az